Ukrayna Rusiya ilə sülh danışıqları üçün şərtlərini açıqladı – FOTO

4-07-2022, 09:48           
Ukrayna Rusiya ilə sülh danışıqları üçün şərtlərini açıqladı – FOTO
Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Rusiya ilə sülh danışıqları üçün şərtlər irəli sürüb.

Bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.

“Dərhal atəşkəs. Z-qoşunlarının Ukraynadan çıxarılması. Qaçırılan vətəndaşların geri qaytarılması. Hərbi cinayətkarların ekstradisiyası. Təzminat mexanizmi. Ukraynanın suveren hüquqlarının tanınması...”, - o, qeyd edib.

Podolyak bildirib ki, Rusiya Federasiyası Ukraynanın şərtlərini yaxşı bilir. Vaxt gələcək və onlar kağız üzərində də öz əksini tapacaq.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru