Britaniya Rusiyanın müsadirə edilən aktivlərini Ukraynaya vermək istəyir

4-07-2022, 09:17           
Britaniya Rusiyanın müsadirə edilən aktivlərini Ukraynaya vermək istəyir
Böyük Britaniya sanksiyalara məruz qalan Rusiya aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsinin tərəfdarıdır və hazırda bu məsələ üzərində işləyir.

“Report” xəbər verir ki, bunu “The Guardian” qəzetinə müsahibəsində Krallığın xarici işlər naziri Liz Trass deyib.
Ətraflı

“Mən bu ideyanı dəstəkləyirəm və biz bu məsələni yaxından öyrənirik. Kanada yenicə müvafiq qanun qəbul edib. Biz Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə bunun üzərində işləyirik, amma mən bu ideyanı mütləq dəstəkləyirəm. Sadəcə, bu məsələnin bütün təfərrüatlarını yaxşı işləməliyik”, - deyə Trass bildirib.

O, Britaniya Parlamentinin çox güman ki, dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsinə imkan verən yeni qanun qəbul etməli olacağını söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru