ABŞ bu ölkəyə nüvə silahı yaratmağa icazə verəcək?

4-07-2022, 10:21           
ABŞ bu ölkəyə nüvə silahı yaratmağa icazə verəcək?
Baydenin açıqlamalarına baxmayaraq, Amerikanın “nüvə çətiri” etibarlı görünmür. ABŞ bu sahədə Rusiya və Çindən geridədir. Yaponiyaya öz nüvə silahını yaratmağa icazə vermək isə Amerikanın marağındadır.

Axar.az xəbər verir ki, bu barədə JB Press nəşrində yayımlanan məqalədə bildirilib.

"ABŞ-ın nüvə çətirinin etibarlılığının azalması və Çin, Rusiya, eləcə də Şimali Koreya tərəfindən artan təhlükəyə, habelə nüvə qüvvələrinin sayının artmasına cavab olaraq, Yaponiya nüvə silahına sahib olmaq barədə ciddi şəkildə düşünməlidir. Bunun üçün ölkə 1972-ci il oktyabrın 9-da Baş nazir Eisaku Sato administrasiyası tərəfindən qəbul edilmiş və ölkənin o vaxtdan bəri əməl etdiyi üç qeyri-nüvə prinsipindən imtina etməli olacaq”, - deyə məqalədə vurğulanıb.

Qeyd edilib ki, Vaşinqton Rusiya və Çinin artan nüvə təhlükəsi qarşısında Yaponiyanın nüvə silahı əldə etməsinə şərait yaratmasa, ABŞ hegemoniyası çökmək təhlükəsi ilə üz-üzə qalacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru