“Avropa restoranlarında rusiyalı turistlərin kofe fincanına tüpürürlər” - Karaulov

5-07-2022, 08:13           
“Avropa restoranlarında rusiyalı turistlərin kofe fincanına tüpürürlər” - Karaulov
Rusiya vətəndaşları onunla qarşılaşırlar ki, heç yerdə onlara xoş üz göstərmirlər. Restoranlarda rusiyalıların kofe fincanına tüpürürlər.

Rus turistlərə qarşı olan bu «qonaqpərvərlikdən» təbliğatçı Andrey Karaulov şikayətlənib.

Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsini dəstəkləyən jurnalist olaraq, o, avropalıların Rusiyadan olan turistlərə münasibətindən kədərlə danışır - bildirir ki, onlara heç kim xoş üz göstərmir.

«Avropada belə hallar olur. Kofe, çay sifariş edirsən. Soruşurlar - rusiyalısan? Gətirirlər, ona isə artıq restoranın yarısı tüpürüb» - Karaulov bəyan edib.

Jurnalist gerçəkdən təəccülənir və hətta öz təəccübünü gizlətmir ki, «russo turisto» olması səbəbilə, indi Avropa İttifaqı ölkələrində rusiyalıya əməlli-başlı dincəlmək də mümkün olmur.

Karaulovun səsləndirdiyi rusların bu şikayəti tezliklə sosial şəbəkədə yayılıb. İstifadəçilər zarafat edirlər ki, təcavüzkar ölkənin vətəndaşlarına ehtiyatlı olmaq gərəkdir, axı kofedəki tüpürcəkdə avropalıların «qonaqpərvərliyi» tükənməyə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru