Boris Conson: “Rusiyanın təcavüzü Ukrayna sərhədlərini aşa bilər”

5-07-2022, 07:44           
Boris Conson:
Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, işğalçı ölkənin prezidenti Vladimir Putinin fəaliyyəti dayandırılmalıdır.

O, bunu Britaniya parlamentinin İcmalar Palatasındakı çıxışı zamanı bəyan edib.

Conson deyib ki, Britaniya Ukraynanın qalib gəlməsi üçün müttəfiqlərə qoşulmalıdır.

“Əgər Putin Ukraynada dayandırılmasa, o, revanşist hücumları üçün yeni hədəflər tapacaq. Ukrayna prezident Zelenskinin təsvir etdiyi şərtlərlə bu müharibəni bitirmək gücünə malikdir”, - hökumət başçısı vurğulayıb.

Conson Ukraynanın Rusiya ilə sülh sazişi bağlamaq üçün təzyiqlə üzləşə biləcəyindən narahatlığını ifadə edib. O, qeyd edib ki, Putinin Ukraynada qələbəsinin nəticələri beynəlxalq təhlükəsizlik üçün təhdid və uzunmüddətli iqtisadi fəlakət olacaq.

Mənbə: unian.net












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru