Yaponiya Rusiyaya qarşı sanksiyaları artırır

5-07-2022, 10:58           
Yaponiya Rusiyaya qarşı sanksiyaları artırır
Yaponiya hökuməti Ukraynadakı hadisələr fonunda Rusiya və Belarusdan olan 90 fiziki şəxs və təşkilata qarşı sanksiyalar tətbiq edib.
Bakupost.az xəbər verir ki, bu barədə Yaponiyanın Maliyyə Nazirliyinin saytında dərc edilən hesabatda deyilir.
Məlumata əsasən, xüsusilə, yeni sanksiyalar siyahısına Rusiya Baş nazirinin müavini Dmitri Qriqorenko, violonçel ifaçısı, Rusiya Federasiyasının xalq artisti Sergey Roldugin, həmçinin “Severstal” və “Silovıye maşını” şirkətlərinin Direktorlar Şurasının sədri Aleksey Mordaşovun qohumları - Marina , Kirill və Nikita Mordaşovlar daxil edilib.
Həmçinin Yaponiya hökuməti sentyabrın 5-dən Rusiyadan qızıl idxalına və Rusiya Federasiyasında mühasibat uçotu, audit, konsaltinq və trast xidmətlərinin göstərilməsinə qadağa qoyub. Qızıl idxalına qoyulan qadağanın təfərrüatları daha sonra ictimaiyyətə açıqlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru