Ukraynalı qadın riyaziyyat üzrə ən nüfuzlu mükafat aldı

6-07-2022, 08:43           
Ukraynalı qadın riyaziyyat üzrə ən nüfuzlu mükafat aldı
Riyaziyyat üzrə ən nüfuzlu mükafatı ukraynalı Marina Vyazovskaya alıb. O, Ukraynanın ilk vətəndaşı və tarixdə Filds medalı alan ikinci qadındır.

“UNİAN” xəbər verir ki, bu barədə Beynəlxalq Riyaziyyat İttifaqının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Vyazovskayanın ən məşhur elmi işləri kürələrin ən sıx qablaşdırılması probleminin həlli ilə bağlıdır.

O, riyaziyyat üzrə bakalavr dərəcəsini Kiyev Universitetində, magistr dərəcəsini isə Almaniyada alıb. Hazırda İsveçrənin Lozanna şəhərində Federal Politexnik Məktəbində çalışır.

Marina tarixdə Filds medalı alan ikinci qadındır. Birinci medalı 2014-cü ildə iranlı Məryəm Mirzəxani alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru