Rusiya Norveçlə sərhəd sazişini ləğv edir

6-07-2022, 08:36           
Rusiya Norveçlə sərhəd sazişini ləğv edir
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Norveçlə Rusiya Federasiyası arasında Barents dənizində sərhəd müqaviləsinə yenidən baxılması üçün Dövlət Dumasının Xarici Əlaqələr Komitəsinə müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə Norveçin NRK nəşri məlumat yayıb.

Qeyd olunub ki, komitə Norveçlə müqavilənin ləğvi və ya dayandırılması ilə bağlı qərar verməlidir.

Eyni zamanda, kommunist deputat Mixail Matveyev Norveç hakimiyyətini Svalbard sakinlərinə məhsulların göndərilməsinə mane olmaqda ittiham edib.

Norveç Xarici İşlər Nazirliyinin nümayəndəsi Ane Haavardsdatter isə bildirib ki, sərhəd müqavilələrinin qeyri-müəyyən müddətə davam etməsi adi bir təcrübədir: “Ümid edirik ki, Rusiya buna hörmətlə yanaşacaq”.

Qeyd edək ki, söhbət 2010-cu ildə iki bərabər hissəyə bölünmüş 1,75 milyon kvadrat kilometr ərazisi olan mübahisəli ərazidən gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru