Çin və Hindistan üç ayda Rusiyadan 24 milyard dollarlıq enerji resursları alıb

7-07-2022, 09:43           
Çin və Hindistan üç ayda Rusiyadan 24 milyard dollarlıq enerji resursları alıb
Rusiya Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonrakı üç ay ərzində Çin və Hindistana enerji satışından 24 milyard dollar əldə edib.

Son gömrük məlumatlarına görə, Çin mart, aprel və mayda Rusiya nefti, qazı və kömürünün alışına 18,9 milyard dollar xərcləyib ki, bu da əvvəlki ilə nisbətən iki dəfə çoxdur.

Hindistan eyni dövrdə həmin məqsədlər üçün 5,1 milyard dollar sərf edib ki, bu da bir il əvvəl Rusiyadan aldığı enerjinin dəyərindən 5 dəfə artıqdır.

Qeyd edilir ki, bu, 2021-ci ilin eyni ayları ilə müqayisədə Rusiyanın Asiya nəhənglərinə tədarükdən əldə etdiyi gəlirdən 13 milyard dollar çoxdur.

Mənbə: Bloomberg












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru