Şolts Almaniyanın Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu AÇIQLADI

7-07-2022, 10:24           
Şolts Almaniyanın Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu AÇIQLADI
Almaniya kansleri Olaf Şolts Almaniyanın Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu açıqlayıb.

Onun sözlərinə görə, məsələni G7 (Böyük Yeddilik) ölkələri və Kiyevə belə təhlükəsizlik zəmanəti verməyə hazır olanlar arasında müzakirə etmək lazım gələcək.

“Almaniya onlara daxil olan ölkələrdən biridir”, - deyə Şolts qeyd edib.

O, əlavə edib ki, bu təminatlar “NATO müqaviləsinin 5-ci maddəsinə uyğun olan təminatlara bənzəməyəcək”.

“Onlar konkret vəziyyətə uyğunlaşdırılmalıdır”, - deyə Almaniya kansleri bildirib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru