Fransada yüksəksürətli qatarların hərəkəti iflic olub

7-07-2022, 11:04           
Fransada yüksəksürətli qatarların hərəkəti iflic olub
Fransada iyulun 6-da dəmiryolçuların tətili səbəbindən qatarların hərəkəti iflic olub.

Bu barədə dəmiryol operatoru olan SNCF şirkətindən bildirilib.

Məlumata görə, yüksək sürətli ekspress qatarların demək olar ki, 80%-nin hərəkəti ləğv edilib. Xüsusilə Paris bölgəsində nəqliyyatın hərəkəti pozulub.

Nəqliyyat işçilərinin həmkarlar ittifaqı bir günlük tətil elan edib və qiymət artımı fonunda maaşların artırılmasını tələb edir. Birlik nümayəndələri və SNCF rəhbərliyi fikir ayrılıqlarını həll etmək üçün çərşənbə günü görüşəcək.

Fransa əhalisi və xarici turistlərə mümkün qədər səyahətdən imtina etmələri tövsiyə olunub.

Mənbə: İnterfaks












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru