Polşalı fermerlər Varşavada hökumət əleyhinə etiraz aksiyası keçiriblər

8-07-2022, 00:07           
Polşalı fermerlər Varşavada hökumət əleyhinə etiraz aksiyası keçiriblər
Polşa fermerləri hakimiyyətin kənd təsərrüfatı sahəsində siyasəti və artan inflyasiya ilə bağlı Varşavada kütləvi etiraz aksiyası keçiriblər.

Nümayişçilər bayraqlar və pankartlarla Polşa paytaxtının mərkəzi küçələri ilə parlament binasına doğru yürüş edərək şəhərin əsas yollarında nəqliyyatın hərəkətini məhdudlaşdırıblar.

“Biz belə çətin bir zamanda narazı olduğumuzu göstərməyə cəsarət edən ilk təşkilatıq. Faiz dərəcələrinin artırılması inflyasiya ilə mübarizə deyil”, – deyə aksiyanın təşəbbüskarı olan “Agrouniya” təşkilatının lideri Mixal Kolodzeyçak mitinq zamanı bildirib.

Onun sözlərinə görə, sadə insanlar əziyyət çəkdikləri halda dövlət şirkətləri inflyasiya fonunda qazanc əldə edir və “marjalarını artıraraq daha çox qazanırlar”.

“Bizim üçün çətin olması onları maraqlandırmır”, – deyə etiraz aksiyasının təşəbbüskarı vurğulayıb.

Nümunə olaraq o, gübrə tədarükçüsü olan “Azotı” şirkətini göstərib. Onun sözlərinə görə, şirkət marjasını dəfələrlə artırıb.

Mənbə: Russian.rt.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru