Kiyev narahatdır: Consonu əvəz etmək çətindir

8-07-2022, 08:04           
Kiyev narahatdır:
Əminəm ki, Boris Consonun istefasından sonra Böyük Britaniyanın Ukrayna ilə bağlı siyasəti dəyişməyəcək.

Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

“Əlbəttə, Boris Conson müharibə zamanı özünü cəsarətli və risk etməkdən çəkinməyən bir insan kimi göstərdi. Ən azı apreldə Kiyevə səfərini xatırlayaq. O, elə bir insandır ki, onu əvəz etmək çox çətindir, onun kimi insan heç vaxt olmayacaq. Amma əminəm ki, baş nazirin kim olmasından asılı olmayaraq, Britaniyanın Ukraynaya dəstəyi dəyişməz qalacaq. Biz onlarla əməkdaşlıq edəcəyik və onlar bizə kömək edəcəklər”, - Kuleba qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru