Kanada Ukraynaya 39 zirehli maşın verəcək

9-07-2022, 00:08           
Kanada Ukraynaya 39 zirehli maşın verəcək
Kanada Ukraynaya “General Dynamics” (General Dynamics) şirkətinin istehsal etdiyi 39 müasir zirehli maşın verəcək.

APA “Reuters“ agentliyinə istinadla xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Anita Anand açıqlama verib.

Onun sözlərinə görə, Kanada Rusiya-Ukrayna müharibəsində Ukraynanaya dəstək olmaq üçün 39 zirehli maşın göndərəcək.
Ətraflı

Dünyanın ən böyük hərbi və aerokosmik texnika istehsalçılarından biri olan “General Dynamics” şirkəti təcili yardım, xilasedici və ya hərbi personalın daşınması üçün maşınlar istehsal edir.

Müdafiə nazirinin sözlərinə görə, Ukraynaya göndəriləcək 360 maşın 2019-cu ildə Kanada ilə “General Dynamics Land Systems” tərəfindən imzalanan milyardlıq müqavilə əsasında baş tutacaq.

"Bu 39 avtomobil bu yay göndəriləcək, qalan 360 avtomobil isə yaxın bir neçə ay ərzində təhvil veriləcək", - deyə Anand bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru