Blinken: Rusiyanın G-20 sammitində "mənalı diplomatiya" aparmaq istədiyinə dair "heç bir əlamət yoxdur"

10-07-2022, 00:06           
Blinken: Rusiyanın G-20 sammitində "mənalı diplomatiya" aparmaq istədiyinə dair "heç bir əlamət yoxdur"
ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın İndoneziyada keçirilən Böyük İyirmilər sammitində diplomatlarla Ukraynaya işağılı ilə bağlı ünsiyyyət qurmaq istədiyinə dair əlamət görmədiyini deyib.

“Rusiyanın mənalı diplomatiyaya hazır olduğuna dair heç bir əlamət görmədik,” Blinken iyulun 9-da Böyük İyirmilərin Balidə görüşündən sonra deyib. “Əgər diplomatiya üçün fürsət olsa, biz ondan istifadə edəcəyik,” o deyib.

iyulun 8-də Birləşmiş Ştatlar və müttəfiqləri Moskvanın Ukraynanı işğalını pisləyəndən sonra Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bağlı qapılar arxasında keçirilən G-20 sessiyasını tərk edib.

Lavrov həm səhər sessiyasını həm də Ukrayna xarici işlər nazirinin nazirlərə video-müraciətindən öncə gündüz iclasını tərk edib.

“Orada güclü konsensus var idi və Rusiya bu müharibə başlayandan bəri dəfələrlə olduğu kimi təcrid olunmuş vəziyyətdə qaldı.” “Xarici işlər naziri Lavrov görüşü erkən tərk etdi, bəlkə də ona görə ki, bu mesaj çox açıq idi.”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru