Zelenski Ukraynanın 5 ölkədəki səfirini geri çağırıb 9-07-2022, 21:58 Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın Almaniya, Macarıstan, Norveç, Çexiya və Hindistandakı səfirlərini geri çağırıb."Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, müvafiq sərəncam iyulun 9-da imzalanıb və dövlət başçısının saytında yerləşdirilib.Andrey Melnik Almaniya, Lüdmila Nepop Macarıstan, Vyaçeslav Yatsiuk Norveç, Yevgeni Perebyinos Çexiya, İqor Polix isə Ukraynanın Hindistandakı səfirləri vəzifəsindən geri çağırılıb. Facebook-da paylaş