Şri-Lankada prezident iyulun 13-də istefa verəcək

10-07-2022, 00:00           
Şri-Lankada prezident iyulun 13-də istefa verəcək
Şri-Lanka Prezidenti Qotabaya Rajapaksa iyulun 13-də dövlət başçısı vəzifəsini tərk edəcək.

"Report" Şri-Lankanın "Newswire" xəbər portalına istinadla xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri Mahinda Yapu Abeivarden bildirib.
Rajapaksa spikerə müvafiq qərarı barədə məlumat verib.

Bundan əvvəl "Reuters" məlumat yayıb k, ada dövlətinin prezidenti təhlükəsiz yerə aparılıb.

Qeyd edək ki, Şri-Lankada daha əvvəl baş nazirin iqamətgahının ərazisinə daxil olan etirazçılar hökumət binasını yandırıblar. Minlərlə etirazçı Kolombo küçələrinə çıxaraq hazırkı dövlət başçısının istefasını tələb edib. Onlar Rajapaksanın iqamətgahına soxulublar. 30-dan çox insan yaralanıb. Etirazlar fonunda Vikramasinkh vəzifəsini tərk etməyə razılaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru