Rusiyanın dövlət büdcəsi müharibəyə “köklənir”

10-07-2022, 08:53           
Rusiyanın dövlət büdcəsi müharibəyə “köklənir”
Kreml üçün müdafiə xərcləri və vətəndaşların sosial müdafiəsi prioriet olaraq qalır.

Rusiya iqtisadiyyatının bir çox sahələrini maliyyə ixtisarı gözləyir. Bütün bunlar isə Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı tammiqyaslı müharibəsi səbəbilə baş verir. Axı Rusiyanın dinc Ukrayna şəhərlərinə atdığı yüzlərlə raketlər böyük pullar deməkdir.

“Freedom” süjetinin efirindən iqtisadçı Natalya Zubareviçin dediyi kimi, bütün federal büdcənin dörddəbiri milli müdafiəyə və milli təhlükəsizliyə xərclənir.

«Büdcə xərclərinin militarizasiya olunması hüdud tanımır» - o, izah edib. Belə ki, 150 milyard rubla elmdə «qənaət» olunacaq, 25 milyard rubl kənd təsərrüfatında, 21,4 milyard rubl kosmosda, 11,5 milyard rubl innovasiyalarda itiriləcək. Eləcə də krımlılar müharibəyə pay ödəyəcəklər - onların büdcəsi demək olar, 16 milyard rubl kiçiləcək.

«İdxalın ixtisarı və idxal vergiləri və idxal ƏDV ixtisarı baş verib. Müharibə xərcləri artıb. Ona görə də iqtisadiyyat qısalır, büdcənin gəlirləri azalır» - Aleksandr Mertens, Kiyev-Mogilyansk Milli universitetinin professoru qeyd edir.

Kreml üçün müdafiə xərcləri və vətəndaşların sosial müdafiəsi prioritet olaraq qalır.

Ümumdünya təcridi şəraitində sənayenin inkişafı mümkün deyil. Üstəlik də, bu sahənin büdcəsi 200 milyard rubl azalacaq. Bundan başqa, Rusiyada ticarət əhəmiyyətli dərəcədə oturub, qiymətlər sürətlə və ciddi yüksəlib.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru