Şri-Lankada daha iki nazir istefa verib

10-07-2022, 08:25           
Şri-Lankada daha iki nazir istefa verib
Şri-Lanka hökumətinin daha iki naziri vəzifələrindən getdiklərini açıqlayıb. "Report" xəbər verir ki, bu barədə Şri-Lankanın "Newswire" xəbər portalı məlumat yayıb.

Baş nazirin ardınca turizm naziri Harin Fernando və əmək naziri Manuşa Nanayakkara istefa verib.
Bundan əvvəl ada dövlətinin media, nəqliyyat və avtomobil yolları naziri Bandula Qunavardana istefa verdiyini açıqlamışdı. O, həmçinin hakim Şri-Lanka Xalq Cəbhəsi Partiyasından çıxmaq qərarına gəlib. Şri-Lanka prezidentinin mətbuat xidmətinin rəhbəri Sudeva Hettiaraççi də vəzifəsindən gedib.

İyulun 9-da minlərlə etirazçı Kolombo küçələrinə çıxaraq hazırkı dövlət başçısı Qotabai Rajapaksanın istefasını tələb edib. Onlar prezident iqamətgahına daxil olublar. 30-dan çox insan yaralanıb. Daha sonra etirazçılar baş nazirin iqamətgahının ərazisinə daxil olaraq binanı yandırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru