Çexiya Ukraynaya Mi-24 helikopterləri təhvil verdi
11-07-2022, 00:10
Ukrayna Çexiyadan Mi-24 hücum helikopterləri alıb. Bu barədə UNIAN agentliyi məlumat yayıb. Bildirilir ki, Çexiya tərəfindən tədarük edilən Mi-24 helikopterləri Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən artıq istifadə edilir.
Tədarük edilən helikopterlərin sayı barədə məlumat verilməyib. Qeyd edək ki, Çexiya Ukraynaya tanklar və digər silahlar tədarük edib.