Baydenin reytinqi rekord səviyyədə aşağı düşdü

11-07-2022, 09:22           
Baydenin reytinqi rekord səviyyədə aşağı düşdü
ABŞ-da dərc edilən yeni sorğuya görə, Baydenin reytinqi rekord həddədək azalıb.

Onlayn sorğu və analitik şirkəti olan “Civiqs” tərəfindən aparılan sorğuya görə, ABŞ-da qeydiyyatdan keçmiş seçicilərin 29 faizi Co Baydenin idarə etmə tərzini bəyənir, 58 faizi bəyənmir, 13 faizi isə cavab verməkdə çətinlik çəkir.

Eyni zamanda, ağdərili amerikalıların 66 faizi hazırkı hökuməti dəstəkləməsə də, o, afro-amerikalı əhali arasında populyar olaraq qalır və həmin qrup arasında 55 faiz Baydenin siyasətini bəyənir.

ABŞ lideri Havay və Vermont istisna olmaqla, demək olar ki, bütün ştatlarda aşağı reytinqə malikdir.

Baydenin vətəni Delaver ştatında da respondentlərin 54 faiz onun hökumətinə qarşıdır.

Mənbə: TRT












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru