Consona şok vəzifə: - Yeni iş yeri heyrətə gətirdi

11-07-2022, 16:33           
Consona şok vəzifə: -
Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun yeni iş yeri Ukrayna olacaq.

Bu barədə diplomatik mənbə “The Sun” qəzetinə açıqlama verib. Diplomatik mənbənin sözlərinə görə, beynəlxalq diplomatiyanın Consonun xidmətlərinə ehtiyacı var.

Bildirilir ki, Rusiyaya qarşı qəti mövqeyi ilə seçilən Conson, Prezident Vladimir Putinə qarşı “ittifaqı” davam etdirmək üçün Ukraynaya xüsusi səfir təyin edilə bilər. Conson Ukraynaya hərbi yardımların göndərilməsində, Qərblə Kiyev arasında dialoqun aparılmasında və sülh danışıqlarında vasitəçi ola bilər.

Qeyd edək ki, Böyük Britaniya hökumətindəki kütləvi istefalardan sonra Boris Conson da postunu tərk etmək məcburiyyətində qalıb. //metbuat.az//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru