Gürcüstanda iri qaz yatağı aşkarlanıb

11-07-2022, 17:04           
Gürcüstanda iri qaz yatağı aşkarlanıb
Gürcüstanda 16 milyard kubmetr həcmdə təbii qaz yatağının mövcudluğu təsdiqlənib.

TEREF “Report”a istinadla xəbər verir ki, bu barədə ölkənin Dövlət Neft və Qaz Agentliyinin rəhbəri Giorgi Tatişvili “Business Media” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ehtiyatlar Tbilisi yaxınlığında “Schlumberger” şirkətinin qazdığı quyuda aşkarlanıb.

G.Tatişvili lisenziyalı sahədə üfüqi qazmanın tələb olunduğunu qeyd edib.

Agentlik rəhbəri bildirib ki, yatağın tam istismarı şərtilə Gürcüstan səkkiz il ərzində təbii qaza olan tələbatını tam ödəyə biləcək.

Qeyd edək ki, “Schlumberger” şirkəti 2018-ci ildən Gürcüstanda təbii qaz ehtiyatlarının axtarışını aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru