Şimali Koreya ordusundan ŞOK HÜCUM: Yarımadada həyəcan verildi
11-07-2022, 17:40
“Şimali Koreya ordusunun top atışları vasitəsilə hücumlar təşkil etdiyini müəyyən etdik”.
Metbuat.az Trthaber-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya ordusu məlumat yayıb. Məlumatda hücumun istiqaməti və neçə mərmi atıldığı barədə açıqlama verilməyib. Açıqlamada bildirilir ki, Cənubi Koreya ABŞ-la yaxın şəkildə əməkdaşlıq edir və ordu qarşı tərəfin həmlələrini nəzarət altında saxlayır. Cənubi Koreya mənbələrinin məlumatına görə, ehtimal edilir ki, Şimali Koreya ordusu iki istiqamətdə atəş açıb. Lakin istiqamətlər məlum deyil.