ABŞ ilin sonuna qədər döyüş lazerini sınaqdan keçirməyə hazırlaşır

12-07-2022, 08:34           
ABŞ ilin sonuna qədər döyüş lazerini sınaqdan keçirməyə hazırlaşır
Amerikanın müdafiə konserni “Northrop Grumman Corp” ilin sonuna qədər gücünü tədricən artıran prototip döyüş lazerini sınaqdan keçirəcək.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Qeyd edilir ki, prototipin yaradılması üzrə iş Pentaqona 72 milyon dollara başa gəlib. Lazerlərin özləri bir neçə müdafiə tətbiqinə sahib olacaqlar, xüsusən də onlar enerjini hərəkət edən hədəfə izləyə və fokuslaya biləcəklər.

Bu da onların raketdən müdafiə sistemlərində istifadəsinə imkan verəcək.

Bundan əvvəl ABŞ hərbçilərinin artilleriya minasını lazerlə vura bildiyi bildirilirib. Əməliyyat 50 kilovatlıq “Raytheon” döyüş lazer modulunun sınaqları çərçivəsində baş tutub. Şüa 60 mm-lik bir neçə minanı məhv edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru