"Rusiya həbsxanalarındakı bəzi məhbuslar "vaqner"çilər sırasına cəlb edilə bilər" - Britaniya kəşfiyyatı

12-07-2022, 10:46           
"Rusiya həbsxanalarındakı bəzi məhbuslar "vaqner"çilər sırasına cəlb edilə bilər" -
"Rusiya həbsxanalarındakı bəzi məhbuslar "vaqner"çilər sırasına cəlb edilə bilər"
“Rusiya Silahlı Qüvvələri Donetsk vilayətində kiçik irəliləyişlər əldə etməyə davam edir. Rusiya tərəfi özü isə bəzi qəsəbələri ələ keçirdiyini iddia edir”.

TEREF “Report”a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri həmçinin Slovyansk və Kramatorsk şəhərlərinə doğru E-40 əsas təchizat marşrutu üzrə hücumlarını davam etdirir: "Rusiya qüvvələri, ehtimal ki, Ukrayna qüvvələrinə hərbi təzyiq göstərəcək. Eyni zamanda Rusiya qoşunlarının yaxın gələcəkdə növbəti hücumlar üçün yenidən qruplaşdırılacağı gözlənilir".

Kəşfiyyat məlumatlarında vurğulanıb ki, Rusiya Silahlı Qüvvələrində kadr çatışmazlığı yaranıb: "Buna görə də Rusiya həbsxanalarındakı bəzi adamlar “Vaqner” özəl hərbi şirkətinə cəlb edilə bilər. Belə olsa, bu, şəxsi heyətdəki çatışmazlığı əvəz etməkdə çətinliklər olduğunu göstərəcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru