Bir milyonluq ordu ilə hücum planı - Ukrayna ölkənin cənubunu ruslardan geri almaq üçün hazırlıqlara başladı

12-07-2022, 12:23           
Bir milyonluq ordu ilə hücum planı -
Rusiya ordusu fevralın 24-də Ukraynada başlayan hərbi əməliyyatın 5-ci ayında ölkənin şərqində, xüsusilə Donbas bölgəsində irəliləməkdə davam edir. Bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibənin “yenicə başladığını” deyib.

Ukraynanın müdafiə naziri Oleksii Reznikov isə NATO-nun silah dəstəyi və təxminən bir milyonluq hərbi qüvvə ilə ölkənin cənubunu azad etməyə hazırlaşdıqlarını deyib.

İngiltərənin “Times” qəzetinə danışan Reznikov Ukrayna iqtisadiyyatını xilas etmək üçün ölkənin cənubunda Qara dəniz sahillərindəki bölgələrin geri alınmasının həyati əhəmiyyət daşıdığını bildirib.

Reznikov Britaniyaya Ukraynaya NATO səviyyəsində silah və hava hücumundan müdafiə dəstəyi verdiyinə görə təşəkkür edib və yardım və silah tədarükünün sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Ukraynanın əvvəllər Sovet dövründən qalma silahlarla kifayətlənmək məcburiyyətində olduğuna diqqət çəkən Reznikov, əsgərləri qorumaq üçün daha çox dəstəyə ehtiyacları olduğunu deyib: “Haubitsa toplarını gözləyib keçirdiyimiz hər gün yüzlərlə əsgərimizi itirə bilərik".

Reznikov bildirib ki, Ukrayna ordusunda 700 minə yaxın əsgər var: “Milli qvardiya, polis qüvvələri və sərhədçiləri də əlavə etdikdə, demək olar ki, bir milyonluq hərbi gücümüz var".

Ukraynanın müdafiə nazirinin bir milyonluq hərbi qüvvə ilə hücum hazırlığını şərh edən britaniyalı tədqiqatçısı Cek Uotlinq BBC-yə bu rəqəmin yanıltıcı olduğunu söyləyib: "Rusiyaya qarşı müdafiə əməliyyatında bir milyon insan iştirak etməyəcək... Normal şəraitdə belə bir müdafiə qarşı tərəfi təəccübləndirməlidir. Bu rəqəmi bu şəkildə açıqlamaq Rusiyanın gözünü qorxutmaq, belə böyük bir təhdidə qarşı geniş müdafiə strategiyasına məcbur etmək və hərbi gücünü dağıtmaq üçün edilir”.
Bakixeber.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru