Britaniyada hərbi hava bazası qeyri-adi səbəbdən fəaliyyətini dayandırdı

13-07-2022, 00:08           
Britaniyada hərbi hava bazası qeyri-adi səbəbdən fəaliyyətini dayandırdı
İsti hava Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrinin “RAF Cranwell” aviabazasının işinə mane olub.

Belə ki, bazanın uçuş-eniş zolağında asfalt əriyib.
Nəticədə, bitum təyyarələrin təkərlərinə və aviabazanın işçilərinin ayaqqabılarına yapışmağa başlayıb.

Komandanlıq havanın temperaturu aşağı düşənə qədər təyyarələrin uçuşlarını dayandırmaq qərarına gəlib. Həmçinin aviabazada yerləşən Kral Hərbi Hava Qüvvələri Kollecinin tələbələri üçün təlim uçuşları dayandırılıb.

Qeyd edək ki, son bir neçə gündə Britaniyada havanın temperaturu 32 dərəcəyə çatıb. Eyni zamanda, Böyük Britaniyanın milli meteorologiya xidməti temperaturun daha da yüksələ biləcəyi barədə xəbərdarlıq edib./oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru