KİV: Aİ və Rusiya Kalininqrada tranzitlə bağlı razılaşıb

13-07-2022, 12:15           
KİV: Aİ və Rusiya Kalininqrada tranzitlə bağlı razılaşıb
Avropa İttifaqı və Rusiya Kalininqrad vilayətinə yüklərin tranziti ilə bağlı razılaşıb. Ordu.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti yüksək vəzifəli rusiyalı məmura istinadən məlumat yayıb.

“Sənəddə bildirilib ki, Rusiyanın subyektləri arasında yüklərin hərəkətini məhdudlaşdırmaq olmaz və onlar istisna hal kimi sanksiya siyahısından çıxarılacaq. Söhbət həm dəmir yolu, həm də avtomobil yolu ilə tranzitdən gedir”, - deyə mənbə məlumat verib.

Bundan başqa, Kalininqradla bağlı istisnalar Avropa İttifaqının iyulda Rusiyaya qarşı qəbul etməyi planlaşdırdığı 7-ci paket sanksiyalarda ayrıca müddəa kimi qeyd olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru