“Boeing” təyyarə istehsalını azaldacaq

17-07-2022, 16:47           
“Boeing” təyyarə istehsalını azaldacaq
“Boeing Co” qlobal iqtisadi artımın aşağı düşməsi perspektivi və Rusiya bazarına yüksək təzyiqli reaktiv təyyarələrin tədarükü ilə bağlı qeyri-müəyyənlik səbəbindən yaxın onilliklərdə kommersiya təyyarələrinə tələbat gözləntilərini yumşaldıb. “Report” xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Şirkətin kommersiya bazarı üçün son uzunmüddətli proqnozu 2041-ci ilə qədər müştərilərə 41 170 yeni təyyarənin veriləcəyini göstərir. Bir il əvvəl “Boeing” növbəti 20 il ərzində 43 610 təyyarə satacağını gözləyirdi. İstehsalçı həmçinin tam illik sərnişindaşımada artımı proqnozunu 4%-dən 3,8%-ə endirib.

Həmçinin, son proqnoz Rusiyadan alıcılara gələcək tədarükləri istisna edir. Keçən il “Boeing” Rusiya müştərilərinin növbəti iyirmi il ərzində 1500-dən çox təyyarə alacağını gözləyirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru