Avropada meşə yanğınlarına görə, minlərlə insan təxliyə edildi

18-07-2022, 08:03           
Avropada meşə yanğınlarına görə, minlərlə insan təxliyə edildi
Avropada meşə yanğınları bir neçə gündür ki, davam edir. Bu səbəbdən minlərlə insan təxliyə edilib.

Güclü quraqlıq səbəbindən Avropanın bir çox yerlərində meşə yanğınları öncəki illərlə müqayisədə daha tez başlayıb və bu, iqlim dəyişikliyi ilə əlaqələndirilir.

Hazırda Fransa, İspaniya, Portuqaliya, Yunanıstan, Macarıstan və Xorvatiya da daxil olmaqla bir sıra Avropa ölkələrində şiddətli meşə yanğınları yayılmaqda davam edir. Yanğınlar səbəbindən minlərlə insan təxliyə edilməli olub.

Güclü külək və isti səbəbindən Fransada 5 gündür Bordo regionunda yanğını söndürmək mümkün olmur, 11 min insan evakuasiya edilib. Güclü yanğın yaşayış məntəqələrinə yaxınlaşır. Təyyarələr də cəlb olunmaqla, 3 min yanğınsöndürən meşə yanğınlarının söndürülməsinə çalışır. Yunanıstan da Fransaya yanğınsöndürmə avadanlıqları göndərib.

Portuqaliyada bir həftədir yüksək temperatur və quraqlığın səbəb olduğu yanğınlarla mübarizə aparılır. Mindən çox yanğınsöndürən evlərini yanğından qorumaq istəyən vətəndaşlarla birgə yanğınla mübarizə aparır. Portuqaliyada bu il indiyə qədər 30 min hektardan çox meşə sahəsi yanıb ki, bu da 2021-ci ildə yanğın nəticəsində məhv olan meşə yanğınlarının ümumi sahəsindən çoxdur.

İspaniyada da meşə yanğınları min hektarlarla sahəni əhatə edir. İki böyük meşə yanğını zamanı 7,4 min hektara yaxın meşə yanıb.

Malaqa əyalətində Mixas kəndi yaxınlığında başlayan yanğınla əlaqədar Əndəlüsün cənubundan 3 min nəfər evakuasiya edilib. Yanğınların söndürülməsinə 200 yanğınsöndürən və 18 təyyarə cəlb olunub.

Artıq 6 gündür ki, Las-Urdes rayonunda ildırımın səbəb olduğu yanğını söndürmək mümkün deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru