Gürcüstanı 2008-ci ildə Amerika xilas edib - Saakaşvili

18-07-2022, 08:45           
Gürcüstanı 2008-ci ildə Amerika xilas edib -
Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixeil Saakaşvilinin sözlərinə görə, Gürcüstanı 2008-ci ildə Amerika Birləşmiş Ştatları xilas edib.

Publika.az xəbər verir ki, eks-prezidentin bu sözləri rəsmi "Facebook" səhifəsində yazılıb.

Onun sözlərinə görə, əgər 6-cı donanma və humanitar hərbi əməliyyat olmasaydı, bu gün Gürcüstan mövcud olmazdı.

“Amerika haqqında danışarkən unutmayaq ki, 2008-ci ildə müharibəni dayandıran və Gürcüstanı xilas edən Amerika oldu. Əgər 6-cı donanma və humanitar hərbi əməliyyat olmasaydı, bu gün Gürcüstan mövcud olmazdı. Bundan başqa, Co Baydenin təşəbbüsü ilə 1 milyard dollar ayrılıb ki, bu da Gürcüstan iqtisadiyyatını xilas edib”, - deyə sabiq Dövlət başçıqı qeyd edib.

Mixail Saakaşvili amerikalı ekspertlərin onun işinə cəlb olunmasını alqışlayır və dünyanın real faktları öyrənəcəyini bəyan edir.

“Mən çox nüfuzlu Amerika məhkəmə və tibbi ekspertlərinin mənim məhkəmə işimdə iştirakını alqışlayıram. Məhkəmənin nə qərar verməsindən asılı olmayaraq, dünya nəhayət real faktları və vəziyyəti öyrənəcək”, - deyə o, qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru