Rusiyada koronavirusla bağlı vəziyyət pisləşir

19-07-2022, 07:48           
Rusiyada koronavirusla bağlı vəziyyət pisləşir
Rusiya Federasiyasında koronavirus infeksiyası ilə bağlı vəziyyət pisləşməyə başlayır. Bu barədə ölkənin Koronavirusla Mübarizə və Nəzarət üzrə Operativ Qərargahı məlumat yayıb.

“Son bir həftədə əhalinin hər 100 000 nəfərinə yeni koronavirus infeksiyasına yoluxma nisbəti 20,1 olub və əvvəlki həftə ilə müqayisədə 30,2% artıb”, - deyə açıqlamada bildirilir.
Ətraflı

Bundan əlavə, qərargah Rusiyanın 68 regionunda yoluxma hallarının sayında artımın müşahidə olunduğunu, o cümlədən 22 regionda ölkə üzrə orta göstəricini keçdiyini qeyd edib.

Artıq üçüncü həftədir ki, COVID-19-a yoluxma hallarında artım müşahidə olunduğu da vurğulanıb.

Son bir həftə ərzində hər 100 min nəfərə xəstəxanaya yerləşdirilmə nisbəti əvvəlki həftə ilə müqayisədə 3,2% artaraq 5,4 təşkil edib. (Mənbə: Mk.ru)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru