Avropanın ən böyük limanı Rusiyaya daşımaları dayandırdı

23-07-2022, 08:54           
Avropanın ən böyük limanı Rusiyaya daşımaları dayandırdı
Rotterdam limanı (Niderland) Rusiyaya və əks istiqamətdə konteyner daşımalarının dayandırıldığını elan edib. Bu, Avropanın ən böyük limanıdır və yük dövriyyəsinə görə dünyada liderlərdən biridir.

Bu barədə limanın rəsmi saytındakı məlumatda bildirilir.

“Rusiyaya və Rusiyadan konteyner daşımaları dayandırılıb”, – deyə limanın 2022-ci ilin birinci yarısında görülən işlərə dair hesabatında qeyd edilir.

Liman nümayəndələri həmçinin qeyd ediblər ki, Rusiya Federasiyasından kömür və neftə tətbiq edilən embarqonun qüvvəyə minməsi ərəfəsində son aylarda Rusiyadan daha az kömür, xam neft, neft məhsulları və mayeləşdirilmiş təbii qaz idxal edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru