Şoltsun həyat yoldaşı rəsmi sənədləri zibilliyə atır

23-07-2022, 08:28           
Şoltsun həyat yoldaşı rəsmi sənədləri zibilliyə atır
Almaniya Kansleri Olaf Şolts və onun həyat yoldaşı, Brandenburq əyalətinin təhsil naziri Britta Ernst məxfi sənədləri zibil qutusuna atırlar.

Redaktor.az xəbər verir ki, bu barədə “Spiegel” jurnalı məlumat yayıb.

Bildirilib ki, ötən ilin noyabrında Potsdamdakı evlərdən birinin sakinləri zibil qutusundan Ernstin Brandenburq Parlamentində söylədiyi nitqinin layihəsini tapıblar.

Həmçinin zibil qutusundan rəsmi olaraq məxfi sayılan sənədlər də tapılıb. Məsələn, iyun ayında Bavariyada keçirilən G7 sammitindən sonra dövlət və hökumət başçılarının fotoşəkilləri və qısa təsvirləri olan kağız parçası da zibillikdən çıxıb. Sənədin üzərində Almaniya Xarici İşlər Nazirliyinin “məxfi - yalnız rəsmi istifadə üçün” qeydi də olub.

Məqalə müəllifləri hesab edirlər ki, məxfi sənədləri zibilliyə atan əsasən Almaniya Kanslerinin həyat yoldaşıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru