Bayden Ukraynaya 175 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb

23-07-2022, 08:35           
Bayden Ukraynaya 175 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb
Yardım paketinə nələrin daxil olduğu məlum olub

ABŞ Prezidenti Co Bayden Ukraynaya əlavə hərbi yardım ayırıb. AYNA xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi deyib.

Bildirilir ki, Vaşinqton dörd “HIMARS” reaktiv yaylım atəş sistemi, 580-ə qədər “Phoenix Ghost” pilotsuz uçan aparatı, eləcə də sursatları Kiyevə verəcək.

Bu yardımın məbləği təxminən 175 milyon dollar qiymətləndirilir.

Ümumilikdə isə ABŞ-ın Ukraynaya hərbi yardımı 270 milyon dollardır.

Qeyd olunub ki, “Phoenix Ghost” dronlarının dəyəri 100 milyon dollar qiymətləndirilir və onlar Ukrayna üçün xüsusi olaraq istehsal edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru