ABŞ-da ən azı iki uşaq meymunçiçəyinə yoluxub, onlardan biri körpədir.
Publika.az xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinə istinadıa "Associated Press" məlumat yayıb
Həkimlər hesab edir ki, onları onlarla birlikdə yaşayan qohumları yoluxdurub.
Dünyada 14 mindən çox insan meymun çiçəyi xəstəliyinə yoluxub. Bunlardan 2500-ü amerikalıdır. İnfeksiya yetmişdən çox ölkədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının rəhbərinin sözlərinə görə, halların əksəriyyəti homoseksual münasibətdə olan avropalı kişilərdir. ÜST ümid edir ki, xəstəliyin xüsusiyyətlərinə görə onun yayılması ilə bağlı vəziyyət pandemiyaya çevrilməyəcək.
Həkimlər qeyd edirlər ki, infeksiya yaxın şəxsi təmasla, həmçinin dəsmal və yataq dəsti vasitəsilə keçə bilər. Buna görə də, yoluxanlar arasında çoxlu qohumlar var.