Ermənistan hökuməti MTX-yə əlavə olaraq 152 milyon dram ayırıb

23-07-2022, 11:08           
Ermənistan hökuməti MTX-yə əlavə olaraq 152 milyon dram ayırıb
Ermənistan hökuməti iyulun 21-də keçirilən iclasında Milli Təhlükəsizlik Xidmətinə ehtiyat fondundan 152 milyon dramın ayrılması barədə qərar qəbul edib. Ordu.az-ın məlumatına görə, əsaslandırmada qeyd olunur ki, qərarın qəbul edilməsi Ermənistan Dövlət Mühafizə Xidmətinin normal fəaliyyətinin təmin edilməsi zərurəti ilə əlaqədardır.

Qeyd olunub ki, Ermənistanın 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş hökumətin ehtiyat fondundan Dövlət Mühafizə Xidmətinə ayrılan məbləğ normal fəaliyyətin həyata keçirilməsini təmin edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru