Ukrayna blokadadan çıxarılmış limanlardan gəmiləri yola salacaq

23-07-2022, 11:56           
Ukrayna blokadadan çıxarılmış limanlardan gəmiləri yola salacaq
“Hər üç liman iki həftə ərzində işə başlayacaq. İlk açılacaq liman Çernomorsk, sonra Odessa, sonra Yujnı olacaq”.

Bu barədə Ukrayna İnfrastruktur Nazirliyi açıqlama verib.

Bildirilib ki, bir neçə gün ərzində Ukrayna Dəniz Limanları Administrasiyası gəmilərin giriş-çıxışının necə həyata keçiriləcəyi ilə bağlı maraqlı tərəfləri məlumatlandıracaq:

“İndi Ukraynanın hərbi dəniz qüvvələri və silahlı qüvvələri müvafiq sxemin razılaşdırılması üzərində çalışırlar”.

“Həm gəmi sahibləri, həm də sığortaçılar dəhlizin təhlükəsiz işlədiyini görəndə biz liman terminallarını taxıl və digər məhsulların ixracı ilə bağlı tam yükləmək üçün lazımi sayda gəmi alacağıq”, - deyə İnfrastruktur Nazirliyindən bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru