Xarici banklar rus kapitalına görə İrəvanı qara siyahıya salırlar

20-08-2022, 11:36           
Xarici banklar rus kapitalına görə İrəvanı qara siyahıya salırlar
Ermənistanda anti-Rusiya ab-havası artmaqdadır. Saytlar "böyük qardaş"ın əleyhinə silsilə yazılar dərc edir, siyasətçilər, ziyalılar isə tez-tez Rusiya əleyhinə açıqlamalar verirlər. Məsələn, erməni ictimai xadim Arman Vardanyan iddia edib ki, artıq bir çox əcnəbi banklar İrəvanın müttəfiqinə görə Ermənistanla maliyyə əməliyyatları və ümumilikdə əməkdaşlıqlardan yayınmağa başlayıblar.

- Bəzi məlumatlara görə, xarici banklar, maliyyə mərkəzlərinin əksəriyyəti Ermənistanda sövdələşmə əməliyyatlarından imtina ediblər. Sövdələşmələri davam etdirən yalnız 2-3 bank var.
Səbəb ölkəmizdə olan Rusiya kapitalının dövriyyəsidir. Bununla əlaqədar ölkəmizə müəyyən məhdudiyyətlər qoyulub. Əgər daha konkret məlumatınız varsa, bizimlə paylaşın, - Vardanyan deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru