Sabiq baş prokuror saxlanıldı

20-08-2022, 12:34           
Sabiq baş prokuror saxlanıldı
Meksikanın keçmiş baş prokuroru Xesusa Murilo Karam saxlanılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi Tvitterdə məlumat yayıb.

Keçmiş baş prokuror 2014-cü ildə 43 tələbənin itkin düşməsi faktının araşıdrılmasında yol verilmiş cinayətlərdə təqsirli bilinir.

Xesusa Murilo Karam saxlanılan zaman polisə müqavimət göstərməyib. Daxili İşlər Nazirliyi bildirib ki, itkin düşən tələbələrin yaşamaq ehtimalı azdır. Lakin cinayəti törədənlərin hamısı aşkara çıxmadıqca proses davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru