SENSASİYA: ABŞ Putinin qarşısına ŞƏRT QOYDU

20-08-2022, 10:46           
SENSASİYA:
Kremlin rəhbəri Vladimir Putin iştirak edəcəyi təqdirdə, Ukrayna prezidenti Volodimir Zelenski Balidə keçiriləcək G20 sammitinə qatılacaq.

Publika.az "Bloomberg"ə istinadla xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir .

"Prezident Bayden açıq şəkildə bəyan etdiyi kimi, o, Ukraynaya qarşı öz müharibəsini apardığı üçün prezident Putinin G20-də iştirak etməsinə inanmır", - Vaşinqton bildirib.

Lakin Putin G20 sammitinə gələrsə, ABŞ hesab edir ki, Zelenski də orada iştirak etməlidir.

Milli Təhlükəsizlik Şurası Zelenskinin sammitdə iştirakına təkan verir və Ukrayna prezidentinin şəxsən deyil, virtual olaraq qatıla biləcəyi ehtimalını açıq qoyur.

ABŞ rəsmiləri liderlər sammiti öncəsi görüşlərdə iştirak etsə də, Bayden G20 sammiti üçün Baliyə gedib-getməyəcəyini hələ açıqlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru