Almaniya iqtisadiyyatı qışda tənəzzüllə üzləşə bilər

21-08-2022, 09:05           
Almaniya iqtisadiyyatı qışda tənəzzüllə üzləşə bilər
Almaniya iqtisadiyyatı bu qış tənəzzüllə üzləşə bilər və payızda ölkədə inflyasiyanın ikirəqəmli səviyyəyə çatma ehtimalı var.

“Report” xəbər verir ki, bu fikri Almaniya Mərkəzi Bankının (“Bundesbank”) rəhbəri Yoahim Nagel “Rheinische Post” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu, enerji böhranı kəskinləşəcəyi təqdirdə baş verəcək. Nagel Almaniyada inflyasiyanın 10%-i keçə biləcəyinə əmindir.

Eyni zamanda Almaniya Mərkəzi Bankının rəhbəri əlavə edib ki, Almaniya hökumətinin yüksək inflyasiyanın nəticələrini azaltmaq üçün gördüyü tədbirlər, o cümlədən benzinə endirim tədricən ləğv edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru