Çin quraqlıqdan xilas olmaq üçün süni yağışlar yağdıracaq

22-08-2022, 10:54           
Çin quraqlıqdan xilas olmaq üçün süni yağışlar yağdıracaq
Çin səlahiyyətliləri məhsulu rekord quraqlıqdan xilas etmək üçün kimyəvi maddələrdən istifadə edərək süni yağış yağdırmağa hazırlaşırlar.


Məlumata görə, ölkədə hava müşahidələrinin başlanmasından bəri son 61 ilin ən isti yay mövsümü qeydə alınıb. Bunun nəticəsində əkinlər və su anbarları quruyub.

Kənd Təsərrüfatı Naziri Tang Renjyan qarşıdan gələn on günün Çinin cənubundakı düyü məhsulu üçün əsas dayanıqlıq dövrü olduğunu söyləyib. O, Çinin illik məhsulunun 75 faizini təşkil edən payız taxılını qorumaq üçün təcili tədbirlər görəcəklərini vəd edib.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru