İsveçrədən ABŞ-a ŞOK İTTİHAM: Avropadakı böhrandan istifadə edib...

22-08-2022, 10:48           
İsveçrədən ABŞ-a ŞOK İTTİHAM:
Avropadakı qaz böhranı Amerika yanacağını Avropa ölkələrinə satan tacirlərə xeyli gəlir gətirir.

Publika.az xəbər verir ki, bu barədə "Blick" yazır.

Qəzetinin yazdığına görə, onlar hər göndəriş üçün 200 milyon dollara qədər pul alırlar.

“Avropada hər yerdə Rusiya qazı yoxdur və bu, qiymətlərin on qat miqyasda artmasına səbəb olur. Bununla belə, təbii qaz ABŞ-da ucuz olaraq qalır və əmtəə treyderləri ABŞ qazını Avropada satmaqla böyük gəlirlər əldə edirlər.

Nəşr istehsalda hidravlik sındırmadan istifadəyə istinad edərək, Şimali Amerikada neft və qazın az qala çay kimi axdığını qeyd edib. İsveçrə mətbuatı ABŞ-ı özlərini bu şəkildə xilaskar kimi təqdim etməkdə” ittiham edib.

Jurnalistlər onu da xatırladıblar ki, Avropaya maye qaz ixracı bir il əvvəl 20 faiz idisə, hazırda bu rəqəm 60 faizə yüksəlib.

“Fransada "TotalEnergies" kimi enerji nəhəngləri və İsveçrədəki "Trafigura" və "Gunvor" kimi topdansatış şirkətləri ABŞ təbii qazının alqı-satqısında əsas oyunçular sırasındadır”, - məqalə müəllifləri qeyd ediblər.

Hüseyn İbadlı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru