Rusiyanın 11 aeroportunda uçuşlara qadağa rejimi yenidən uzadılıb
22-08-2022, 10:54
Rusiyanın cənubunda və mərkəzi hissəsində yerləşən 11 aeroportda müvəqqəti uçuş məhdudiyyətləri rejimi yenidən uzadılıb.
APA TASS-a istinadən xəbər verir ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanlarında uçuşlara qadağa rejimi 2022-ci il avqustun 29-dək davam edəcək.