ABŞ Ukraynaya uzaqmənzilli kamikadze dronları verməyə hazırlaşır

23-08-2022, 00:09           
ABŞ Ukraynaya uzaqmənzilli kamikadze dronları verməyə hazırlaşır
ABŞ ordusu Ukraynaya 40 km məsafəni 20 dəqiqəyə qət edə və daha 20 dəqiqə hədəfin görünməsini gözləmək üçün havada qala bilən, “Javelin” döyüş başlığına malik “Switchblade 600” kamikadze dronlarının tədarükü üçün müqavilə bağlamağa hazırdır.

Bu barədə xarici KİV xəbər verir.

Pentaqonun sözçüsü Cessika Maksvell pilotsuz uçuş aparatlarının istehsalçısı olan “AeroVironment” şirkəti ilə 10 döyüş sursatı üçün müqavilənin bağlanmasının yaxın 30 gün ərzində olacağını bildirib.

“Onlar Rusiya sistemlərinin əhatə dairəsindən kənarda işə salına və Rusiya infrastrukturuna zərər verə bilər”, - Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin (CNAS) ştatdankənar baş əməkdaşı Samuel Bendett söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru