Kür quruyur, Yantszı çayının səviyyəsi isə getdikcə artır. Sanki təbiət buradan alıb, ora verib…
Bir müddət bundan əvvəl haradasa belə bir yazı ilə rastlaşmışdım.İndi isə…
Çində son 60 ilin isti hava şəraiti və quruyan Yantszı çayı Çin hakimiyyətini elektrik enerjisinin yenidən paylanması üçün həddindən artıq tədbirlər görməyə məcbur edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,hətta bəzi əyalətlərdə yağış yağmaq üçün “buludlar əkilir”.
Şanxayın adətən gecələr parlaq işıqlandırılan məşhur sahilyanı Vaytan bölgəsi elektrik enerjisinə qənaət etmək üçün növbəti iki gün ərzində söndürüləcək. Tarixi və futuristik binaların qarışığı ilə tanınan sahilyanı ərazi turistlər arasında məşhurdur.