Finlandiya baş nazirinin narkotik testinin nəticələri məlum oldu

23-08-2022, 08:05           
Finlandiya baş nazirinin narkotik testinin nəticələri məlum oldu
Finlandiyanın baş naziri Sanna Marinin qalmaqal fonunda verdiyi narkotik testi mənfi nəticə verib. Nəticələri Finlandiya hökumətinin mətbuat xidməti açıqlayıb.

Xidmətin məlumatına görə, baş nazir narkotik testinin xərcini öz vəsaiti hesabına ödəyib.

Qeyd edək ki, mediada baş nazir və dostlarının iştirakı ilə əyləncə məclisindən yayılan görüntülər Finlandiya ictimaiyyətində ciddi narazılığa səbəb olub. Hökumət başçısının narkotik maddələrin təsiri altında olduğu ehtimal edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru