Serbiya Rusiyadan neft tədarükünü dayandıracaq

23-08-2022, 10:58           
Serbiya Rusiyadan neft tədarükünü dayandıracaq
2022-ci il noyabrın 1-dən Serbiya Avropa İttifaqının embarqosu səbəbindən Rusiya neftinin idxalını dayandıracaq.

Bunu ölkə prezidenti Aleksandr Vuçiç bəyan edib.

O, artıq Belqradın alternativ təchizatçılar axtarmalı olacağını bildirib.

Xatırladaq ki, Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib və Avropa İttifaqının Rusiya neftinə qarşı embarqosuna qoşulmayıb. Lakin buna baxmayaraq, məhz həmin sanksiyalara görə artıq Adriatik neft kəməri (JANAF) vasitəsilə neft ala bilməyəcək.

Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru